`NUR` çörəkləri bizi KOR QOYUR? - İTTİHAM VAR!
Gündəm / Cəmiyyət
19-07-2023, 11:23
404
Sözün qısası, çörək həm də strateji məsələdir və həmişə dövlətin nəzarətində olub. Düzdür, 1991-ci ildən sonra, yəni müstəqillik dönəmində şəxsi çörək sexləri, hətta çörək zavodları da yarandı. Təəssüf ki, bu çörək zavodlarının bişirdikləri çörəyin içindən elə əşyalar çıxır ki, adam yazmağa utanır. Hələ bu harasıdır..?
Çox yox, bir müddət əvvəl Bakıda “İsrafiloğlu” MMC-yə məxsus “NUR” çörək zavodunda xadimə işləyən yaşlı qadın xəmir qarışdıran dəzgahı təmizləyərkən qurğu işə düşdü və qadını sözün həqiqi mənasında doğradı və qadın yerindəcə dünyasını dəyişdi. Həmin prosesin videosu saytlarda yayılıb və adam baxanda dəhşətə gəlir. Görəsən, Əmək Müfəttişliyi hara baxır...?
Axı, belə vəziyyət olmaz. Xadiməni xəmir aparatı doğrayır, fəhlə binadan yıxılıb ölür və daha nələr. Axı, həmin şirkətlər istifadəyə veriləndə işçilərin əmək təhlükəsizliyi tam təmin olunmalı idi... Adın da nə qoysalar yaxşıdır...Fəhlə ehtiyatsızlıqdan...öldü... Və nəticədə NUR çörək zavodunda ehtiyatsızlıq edən başqa bir fəhlə qadın Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndiriləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edildi. Görəsən, bununla problem həll olundumu..? Kim təminat verir ki, NUR çörək zavodunda bir daha belə hal baş verəməyəcək..? Bəs zavodun rəhbərliyi niyə cəzalandırılmadı..?
NUR çörək zavodunun reklamlarına fikir verəndə adam bəh-bəh deyir, amma reallıqda vəziyyət tam fərqlidir. Guya NUR zavodu çörəyin istehsalında kimyəvi qidalardan istifadə eləmir, mayadan 3 dəfə az istifadə olunur və daha nələr... Amma əslində NUR çörək zavodu çörəyin çəkisində və keyfiyyətində alıcıları aldadır. Bəs görəsən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Bəli istehlakçıların çoxu “NUR” çörəyinin çəkisinin 650 yox, 500-550 qram olduğu barədə şikayətlənirlər.
Şikayətçilər yazır ki, “NUR” çörəkləri adı altında satılan çörəklərin içindən nə desən çıxır, çörək 1-2 gün qaldıqdan sonra elə bir vəziyyətə düşür ki, adam onun 2 gün əvvəl alınan çörək olduğuna inana bilmir. Bu çörəklər mədədə ağırlıq yaradır, həzm olunmur. Lakin müəssisə rəhbərliyi belə halların aradan qaldırılması əvəzinə, 2 gün qaldıqda əcaib iy verən palçıq kimi çörək bişirib satmaqla məşğuldurlar. Üstəlik, satışdan qayıdan çörəkləri müxtəlif üsullarla yenidən çörək və digər məhsullar formasında satışa qaytarmaqla öz işlərini başa çatmış hesab edirlər. Bu isə, əsl cinayətdir. Hələ bundan başqa "NUR" çörəklərinin istehsal olunan zavoddan, satış nöqtələrinə daşınması o qədər müşkül məsələdir ki, o səhnəni görən hər bir dövlət qurumu "NUR" çörək zavoduna cərimə protokolu tərtib etməsə keçməz.
Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə “NUR” çörəklərinin köhnə, çirkli maşınlarda antisanitar şəraitdə daşınması ilə bağlı fotolar da yayılıb. Lakin müəssisə rəhbərliyi belə tənqidləri qulaqardına vurub.
Sözün qısası, çörəyimizə HARAM qatanlara qarşı ciddi tədbir görməyin vaxtı çoxdan çatıb, cənablar... //gundelik-baku.com//