İşçini işlədib... PULUNU VERMƏDİLƏR... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət
26-07-2023, 10:53 567
İşçini işlədib... PULUNU VERMƏDİLƏR... - NARAZILIQ VAR!

Redaksiyamıza üz tutan Tağıyev Toğrul Çingizxan oğlu bildirir ki Mədəniyyət TV-nin departament rəhbəri işləmiş Ramin müəllimin araçılığı ilə Heydər Əliyev adına sarayda "İT" mütəxəssisi kimi çalışıb. Bundan sonra isə başılna gəlməyən qalmayıb.

Narazı vətəndaş H.Əliyev adına sarayda yaşadıqlarını anladır: "Lakin əmək müqaviləsi bağlamadan mənə 400 AZN maaş verilməsini bildirdilər. Bir ay yarım fasiləsiz olaraq məni oradakı kompüter işləri üzrə pozulmuş proqramların bərpasını və digər bu kimi işlərin görülməsinə cəlb etdilər. Maaş verilməsi vaxtı yeni 1ay bitdikdən sonra mən gedib gəlməyim üçün yol pulu və digər ehtiyaclarimı qarşılamağımçün ehtiyacım olduğunu bildirdim. Onlar isə mənə, narahat olma günlərin yazılır işlə veriləcək. Daha sonra mən aldadıldığımı hiss edib Kadrlar şöbəsinin rəisi Miraqil Seyidova şikayətləndim. O isə mənə narahat olma əmək haqqının verilməsində 1problem olsa mən özüm öz cibimdən verəcəm deməklə mənə vəd verdi. Növbəti ayın 2həftəsini də əlavə işlədim. Yenə əmək haqqımdan xəbər çıxmadı.
Təkrar Kadrlar şöbə rəisi Miraqil müəllimə maaşımı tələb edib verdiyi vədi tutmadığını bildirdim. O isə mənə , neyləyək gəl çıxaq dalaşaq fikrini bildirdi.
Mən isə ona bura dalaşmağa yox işləyib zəhməthaqqimı almağa gəlmişəm dedim. Növbəti gün küsgün olduğumdan saraya işə getmədim. Sən demə bunlara da bu lazım imiş. Çünki buradakı kompüterlərdə pozulmuş proqramları və digər çatışmazlıqları mən bir İT mütəxəssisi olaraq aradan qaldıraraq onlara əlverişli iş şəraitini yenidən qurmuşdum və daha onlara lazım deyilmişəm deyə mənim işə gəlməməyimi də maraqlanmayaraq heç zəng də eləmədilər. Daha sonra yaşlı anam da hətta bu haqsızlığı qəbul etməyərək ulu öndərin adını daşıyan bir Saraya bu barədə tələbə xahişə getmiş onlar bir daha müxtəlif bəhanələr gətirərək anamı boş yola salmışlar.
Həqiqətən də dəhşət doğuran məqamlara fikir verin: Müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz dahi Heydər Əliyevin adını daşıyan bir Sarayın idarəetmə məsul şöbəsi həm vətəndaşı Əmək Qanunvericiliyinin tələbini pozaraq Əmək müqaviləsi bağlamayaraq işə qəbulu həyata keçirmiş həm də bu azmış kimi o dahi şəxsiyyətin etimadına qarşı hörmətsizlik nümayiş etdirməklə ciddi narazılıq yaratmışlar".

***

Məsələ ilə bağlı şikayətçi vətəndaş Toğrul Tağıyev bizim iştirakımızla Miraqil Seyidova təkrar zəng açaraq haqlı olaraq maaşını zəhmət haqqısını bir daha tələb etdi,
Telefon danışıği zamanı Miraqil bəy Toğrulla maaş söhpətini bir daha müzakirə edərək bildirdi ki mən məzuniyyətdəyəm işə çıxım öyrənib deyərəm. Bizim isə bu baş verənlərə dair bunun yolverilməz olduğunu, qanunazidd olduğunu Miraqil Seyidovun bir daha nəzərinə çatdırsaq da o bunun vəkil işi olduğunu və hətta onu da israrla bizə bildirdi ki: siz kimsiniz məhkəmə var dövlət var özu bilər Toğrul bilər biz bilərik mən özüm Toğrula zəng edəcəm deməklə telefon danışığını yarımçıq qapaddı.
İnanıriq ki bu ictimailəşmədən sonra və ələlxüsus Respublika Əmək Müfəttişliyinə ediləcək sübutlu müraciət əsasında Miraqil Seyidovun işlelədiyi şöbədə müvafiq təftiş həyata keçirilməklə vətəndaşın pozulmuş əmək hüquqları bərpa edilməklə ona verilməli olan bir ay yarımlıq zəhmət haqqısı tam olaraq ödənilməklə həmin şəxslər barəsində də direktor, şəxsən Ramil Qasımov tərəfindən müvafiq qanuni ölçü götürüləcəkdir.
Mövzunu diqqətdə saxlayırıq.

Xəyyam Qurbanlı

Redaksiyadan: İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq..