Vilayət Eyvazov məşhur polkovniki işdən çıxardı - ƏMR

Gündəm / Ölkə
29-07-2023, 16:23 203

Daxili İşlər Nazirliyinin məşhur polkovniki işdən çıxarılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.