Bir neçə rektorun kitabı qoltuğuna verilir... - ADLARI BƏLLİDİR...

Gündəm / Ölkə
14-08-2023, 17:19 139


"Ali təhsil ocaqlarına yaşanan neqativlər "yuxarıları" düşündürməkdədir. Əslində bu problem hər zaman diqqət mərkəzində olub. Bu dəfə isə köklü islahatlara gediləcək". Bunu DİA.AZ-a açıqlamasında bildirən hökumətdəki mənbə ali məktəb rektorlarından bəzilərinin vəzifələrindən alınacağını bildirib.

Mənbənin dia.az-a söylədikləri: "Proses konkret planın icrasıdır. Nədən rektorlardan başlanılır? Çünki islahatlar aparılacaqsa, bu işi görən rəhbər də islahatlara xarakterik keyfiyyətinə görə cavab verməlidir. Hələlik əyalətdən başlanılır: Gəncədəki Dövlət Aqrar Universitetinin, Mingəçevirdəki Mingəçevir Dövlət Universitetin və Sumqayıtdakı Sumqayıt Dövlət Universitetinin rəhbərləri - demək olar ki, tam heyətlə işlərindən uzaqlaşdırılacaq və hər üç ali məktəbin idarə olunması müvəqqəti elmi şurlara həvalə olunacaq. Belə bir plan var".

Nədən bu universitetlər? Bu suala cavab verən mənbə bildirir ki, təhsilin aşağı keyfiyyəti və administrativ özbaşınalıqlar baxımında bu üç ali məktəb ilk yerdə gəlir: "Buna görə də islahatlara buralardan başlanılacaq..."

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...