`Sədərək`dəki sahibkarların pullarını kimlər necə mənimsəyir? - Yusiz Qədimbəylinin bacısı oğlu...

Gündəm / Seçilmişlər
7-09-2023, 17:30 119

"Sizə göndərdiyimiz bu foto "Sədərək" Ticarət Mərkəzində vaxtiykən arabaçı işləyən, sonradan dayılarının hesabına gün-güzəran sahibi olan arabaçı Rasimə məxsusdur. Səbail rayonu ərazisində “Dostluq” küçəsində tikilən bu sarayın qiyməti milyon manatlarla ölçülür".

DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza yollanan mətndə deyilir.

"Maraqlıdır, uzun illə arabaçı işləyən bu şəxs qısa zamanda bu cür böyük imarəti necə, hansı pullarla tikib?" deyə sual edən məqalə müəllifi daha sonra dia.az-a yazır: "Aydındır, bu pullar "Sədərək" Ticarət Mərəzində min bir əziyyətlə pul qazanan sahibkarlardan müxtəlif adlarla yığılan pullardır. Hansı ki, kanalizasiya pulu, şüşəpulu, təmizlikpulu və s. adla "Sədərək"dəki sahibkarlardan çox tez-tez qanunsuz pullar yığılır və bu pullar ticarət mərkəzinin sahibi olan Yusif və Ənvər qardaşları, habelə onların bacısıoğlu olan arabaçı Rasim tərəfindən mənimsənilir.
Bir faktı da qeyd edim ki, "Sədərək"i sahibkarlardan hər il normal kanalizasiya sisteminin inşası adı ilə böyuük vəsaitlər yığılsa da, bu gün də adıçəkilöən ticarət mərkəzində tələblərə cavab verən kanalizasiya sistemi yoxdur. Bir müddət öncə yağan yağışlar səbəbi ilə ticarət mərkəzini su basması faktı da bunu göstərir. Payız və qış fəslinin qarşıda olduğunu nəzərə alsaq, sahibkarların sel fəlakəti ilə daha çox qarşılaşacağını ehtimal etmək olar.
Bir sözlə, istəyirik biləsiniz ki, yüzlərlə sahibkardan alınan pullar şəxsi villaların, imarətlərin inşasına sərf olunur. Sahibkarlara qalan isə yalnız əziyyət və boşa çıxan ümidlərdir".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...