Gömrük Komitəsi hər sahibkara 11 min dollar zərər vurur - Prezidentə faktlar açıqlandı
Gündəm / Cəmiyyət
8-09-2023, 13:42
325
Prezident İlham Əliyevə müraciət edən bir qrup kənd təsərrüfat məhsulları ixracatçıları Dövlət Gömrük Komitəsindən şikayətləniblər. Onlar dəfələrlə komitə sədri Şahin Bağırova gömrükdəki vəziyyətlə bağlı məlumat versələr də, nəticəsi yoxdur. Anaxeber.info bildirir ki, gömrük məmurlarının ucbatından büdcəyə getməli olan xeyir sanksiyalar altında olan Rusiyanın dövlət büdcəsinə mənfəət qazandırır. Prezidentə müraciət edən sahibkarların sözlərinə görə, fındıq ixracında invoys qiymətini mənasız şəkildə Gömrük Komitəsinin qaldırması hər bir Azərbaycan sahibkarına 11 min dollar artıq ödənməsi ilə başa gəlir. "Bizi Gömrük Komitəsində qiymətləndirmə ilə bağlı qəbul edərkən Vüqar müəllim və Ülvi müəllimin qəbulunda olduq. Bizə "rəhbərlik belə istəyib" cavabını verdilər. Cənab Prezident, bu gün bizim iki fındıq maşınımız Rusiyada qiymətlə bağlı geri qaytarılıb. Niyə biz sahibkarlar hər fındıq maşınına görə Rusiya büdcəsinə 11 min dollar artıq rüsum ödəməliyik?
Cənab Prezident, sizə bir sahibkar olaraq olaraq müraciət edirik, gömrük bizə fındığın qiymətin 4.5 ABŞ dolları dəyərində qiymətləndirdiyi halda, Bakı ərazisindən 2 ABŞ dollarına icazə verilməsinin səbəbi nədir?
Cənab Prezident sizdən xahiş edirik, aidiyyatı qurumlara Gömrük Komitəsindəki bu vəziyyətlə bağlı araşdırma aparılsın .
Sizə məlumat üçün bildiririk ki, belə hal, yəni hər hansı fındıq ixracatçısına 1.5 və yaxud 2 ABŞ dolları yazılmasına icazə verilməsi, bəzilərinə isə 4.5 ABŞ dolları icazə verilməsinin səbəbi olmalıdır. Səbəb nədir ? //Anaxeber.info//