Kapital Bankda fiksiya və ya Mərkəzi Bank sədri Taleh Kazımovun imzaladığı qaydalara istinad

Gündəm / Bölgə
15-09-2023, 08:30 82
Kapital Bankda fiksiya və ya Mərkəzi Bank sədri Taleh Kazımovun imzaladığı qaydalara istinad

Kapital Bankın onlayn hesab açmaq xidməti var. Tez-tez də reklam edirlər .
Düşündüm ki , həm test edim və həm də hesablar açım.
Sadəcə biabırçılıqmış. Başqa adı yoxdur.
Nələr baş verdi :
1. Sənədlərin scan versiyaları yükləndikdə rədd cavabı gəldi. Kapital Bank tələb etdi ki, Ədliyyə Nazirliyinin orijinal sənədlərinin scanı yox, orijinal sənədin notarial təsdiqinin scanı olmalıdır. Bir qədər dirəşsəm də ki, bu onlayn hesab xidməti üçün məntiqli deyil, xeyri olmadı.
Yəni, görünür ki, qurum mövcud bürokratik prosesi sadələşdrimədən elektrona çevirdiyindən, oflayn mühitdə nə tələb olunursa elə onu da onlaynda tələb edirlər. Yəni, daha pis mühit, elektron –bürokratik mühit yaradıblar. Amma prosesi bitirmək üçün razılaşdım. Görünür ki , bankda İT güclüdür, amma biznes analitika, data analitika zəifdir.
2. Onlayn hesab üçün yenidən oflayn addım atdım, sənədləri notarial tesdiqlədim, yenidən Kapital Bank sisteminə yuklədim. Yenə rədd cavabı gəldi. Bu dəfə də poçt indeksini faktiki olanı deyil, VÖEN-də olanı yazmağı tələb etdilər. Məntiqsiz olsa da, yenə də razılaşdım.
3. Yenidən yüklədim və düzəliş etdim. Bu dəfə isə heyrətləndirici olsa da, AĞLASIĞMAZ bir tələblə üzləşdim, sənədlərin surətini Banka gətirməyimi tələb etdilər. Bir neçə dəfə soruşdum və dirəşdim ki , buna əminsinizmi, doğurdanmı xidmətin adı onalyn da olsa mən yenidən sənədləri banka gətirməliyəm?
Qayıtdılar ki, Mərkəzi Bankın yeni Qaydaları var və bizdən belə tələb edilir. İnanmadım, dirəşdim ki, mən bunu ictimailəşdirəcəyəm. Dedilər ki , qaydalar belədir və okeydir
Mənə göndərdikləri video müsahibə linkini də aktivləşdirmədilər ki, ilk öncə kağız sənədlər banka verilməlidir.
İzah edə bilmədim ki, əgər banka gedirəmsə elə orada hesab aça bilərdim.
Maraqlıdır ki, kağız formada sənədlərin göndərilməsi ilə bağlı tələbi mənə email ilə göndərməkdən də imtina etdilər. Şübhələnmək üçün əsaslarım yarandı ki, bəlkə də heç belə qaydalar yoxdur.
4. Mərkəzi Bankın sədri Taleh Kazımov və elektron hökumət quruculuğuna cavabdeh olan İRİA-nın rəhbəri İnarə Vəliyeva, Banklar Assosiasiyasının rəsmiləri !
Məlumatınız olsun ki, rəqəmsal bankçılıq, elektron xidmətlər, onlayn hesab xidmətləri ən azı ölkənin əsas bankı -Kapital Bank üçün əslində fiksiyadır.
Amma dərhal qeyd edim ki, xeyli öncə mən Paşa Bankda olayn hesab aça bilmişdim.
Görünür ki, Mərkəzi Bank rəhbərliyinin təşəbbüsü ilə hətta son dövrlərdə qanunverici mühit təkmilləşsə də, real vəziyyət geriyə doğru gedib.
Çox təəssüfləndirici bir vəziyyətdir.
İndi mən adı çəkilən hörmətli qərar qəbul edənlərimizdən soruşuram:
Kapital Bankın hansısa filialına yaxınlaşıb onlayn göndərdiyim sənədlərin surətlərini də kağız formada təqdim etməliyəmmi ?
Osman Gunduz
Teref.az