Azərbaycanda xanım məmur vəfat etdi

Gündəm / Hadisə
7-10-2023, 15:10 1 059

Ötən gün Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva vəfat edib.

Ü.Vəliyeva onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, 1973-cü il təvəllüdlü Ü.Vəliyeva 2018-ci ildən qurumun Gəncə Şəhər Komitəsinə rəhbərlik edirdi.

O, 2015-ci ildən 2018-ci ilədək qurumun Mingəçevir Şəhər Komitənə rəhbərlik etmişdi.//Publika.az