“Yol Polisi Qazi atamı Öldürüb” QANINI BATIRDI-İDDİA - VİDEO

Gündəm / Aktual
16-10-2023, 18:26 20 321

Sabitliyin və asayişin qorunması, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasında, hüquq və azadlıqlarının təmin olunmasında Azərbaycan Polisininin xidmətləri əvəzsizdir. Ancaq bəzi hallarda görülən işlərə kölgə salanlar da tapılır. Elə redaksiyamıza daxil olan şikayət məktubunda da belə hallardan söhbət gedir.

Qeyd edək ki, redaksiyamıza YPX-nin Qarabağ qazisini vurub öldürməsi ilə bağlı Müslümov Hüseyn Əlimət oğlu tərəfindən şikayət daxil olmuşdur. Təqdim olunan məlumatlarda bildirilir ki, YPX-nin inspektoru yolun əks istiqamətində Müslümov Hüseyn Əlimət oğlunun atasını vurub. Bir neçə aydan sonra xəstə aldığı xəsarətlərdən dünyasını dəyişib.Hadisənin xronologiyasını nəzərinizə çatdırırıq.
Müslümov Hüseyn Əlimət oğlu bildirir ki, 15.01.2023-cü il tarixdə Atamoğlanov Orxan Nadir oğlu idarə etdiyi YPX-i maşınında iş yoldaşı Ramin Yarməmmədovla dislokasiya üzrə Xudat və Nabran ərazisində xidmətə cəlb olunmuşlar. O, hadisə olan gün saat 10.40 radələrində “KİA Sportage” markalı, 99-YP-191 dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə Xaçmaz rayonu Xudat Nabran yolu istiqamətində hərəkətə davam edərkən dairədən Nabran kəndi istiqamətində təxminən 80-90 metr irəliyə getdikdən sonra atamı yolun sol hissəsində vurmuşdur. Sürət çox olduğu üçün avtomobili saxlaya bilməmişdir. Atamoğlanov Orxan Nadir oğlu iş yoldaşı Raminin köməkliyi ilə idarə etdiyi avtomobillə vurduğu piyadanı avtomobilə mindirərək Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstənin vəziyyəti ağır olduğundan Xaçmaz RMX-na məxsus təcili tibbi yardım maşını ilə Respublika Klinik xəstəxanasına göndərilmişdir. Xəstə Respublika Klinik xəstəxanasının reanimasiya şöbəsində “Koma” vəziyyətində olmuşdur. Bir müddətdən sonra xəstə palataya köçürülmüşdür. Təəssüflər olsun ki, xəstənin vəziyyətində müsbət dəyişiklik qeydə alınmamışdır. Həyat yoldaşı ilə bir palatada qalan Müslümova Adilə Bəykəs qızı mərhum həyat yoldaşının vəziyyətində müsbətə doğru dəyişikliyin olmaması barədə xəstəxana rəhbərliyinə dəfələrlə məlumat verməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. 19.05.2023-cü il tarixdə xəstəxananın həkimi Eldar adlı həkim xəstənin artıq burada qalmasının mümkünsüzlüyünü deyir, yaşadığı ərazi üzrə xəstəxanada müalicəsinin davam edilməsinin məqsədə müvafiq olduğunu bildirir. 19.05.2023-cü il tarixdə xəstəni yenidən Xaçmaz RMX-na yerləşdirirlər. Xəstə 02.08.2023-cü il tarixə qədər müalicə alır. Xəstənin vəziyyəti pisləşdiyinə görə yenidən Respublika Klinik xəstəxanasına göndərilir. Bir həftə müalicə aldıqdan sonra 09.08.2023-cü il tarixində vəfat edir.

Qeyd edək ki, Mərhumun digər oğlu Müslümov Osman Əlimət oğlu Lokal Antiterror əməliyyatında iştirak edib və hal-hazırda Hadrut istiqamətində “N” saylı hərbi hissədə xidmət edir.

Məhkəmə Tibbi Ekspertizasının ŞÜBHƏLİ rəyi

Şikayətçi bildirir ki, Məhkəmə Tibbi Ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 85/MEŞ nömrəli rəyi təəssüf doğurur. Müslümov Əlimət Hacıməhəmməd oğlunun almış olduğu xəsarətlər aşağıdakı ardıcıllıqla ekspert tərəfindən sənədlərdə göstərilir-Ağır açıq kəllə-beyin travması, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, alın cibinin hər iki divarının və sağ orbita divarlarının sınığı, hər iki beyin yarımkürəsinin ağır dərəcəli əzilməsi, sağ gicgah-bazal nahiyəsinin epidural, sol alın təpə-gicgah nahiyəsinin subdural hematoması, subaraxnodial qansızma, pnevmosefaliya, hər iki qarsıq sümüyünün yuxarı və aşağı şaxələrinin sınıqları, oma sümüyü və sol sirkə kasasının sınığı, 4 bel fəqərəsinin sağ yan çıxıntısının sınığı, sol tərəfli alın-təpə, üz nahiyəsində yumşaq toxumaların əzilməsi, hər iki göz orbitasına qan sızması, bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər. Törəmə müddətləri 15.01.2023-cü il tarixdə Xaçmaz RMX-na müraciət etməsindən bir qədər əvvələ uyğun gəlir. Yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümə səbəbli əlamətləri yoxdur.

Elə buradan da görünür ki, Ekspert “nala-mıxa” tərəf yönəlir. Əvvəlcə xəsarətləri yazır, onun ağırlığını qeyd edir, sonra isə həyati təhlükəliliyindən bəhs edərək yekunda ölümə səbəb olaraq başqa xüsusatları yazır.

Müslümov Əlimət Hacıməhəmməd oğlunun ölümünün bilavasitə səbəbi qaraciyərin sirrozu ilə əlaqədar inkişaf edən kəskin qaraciyər çatışmazlığı kimi göstərilir. Rəydən də görünür ki, Ekspert ilk olaraq mərhumun xəsarətləri barədə tam ətraflı yazır və qeyd edir ki, bu xəsarətlər həyat üçün sağlamlığa ağır hallar yaradan təhlükəli xüsusatlardır. Amma, sonradan qaraciyər sirrozu diaqnozu peyda olur. Həkim manevr edir, yuxarıda yazdığı xəsarətləri sadaladıqca adam vahimələnir. Mərhumun əzilməyən və ağır xəsarət almayan nahiyəsi yoxdur. Başındakı xəsarətlər təkcə onun hayatına son qoyulmasına kifayət edir. Qarabağ qazisi, xüsusi təyinatlı Polis dəstəsinin qəhrəman döyüşçüsünün bu acıncaqlı həyat hekayəsi polisin xidməti maşınla vurması və ekspertin saxta rəyi ilə sona çatır.

Vəkildən məsuliyyətsiz açıqlama

KİV-i haqqında qanuna uyğun olaraq qarşı tərəflə əlaqə saxladıq.Orxan Atamoğlanovun vəkili Vüsal Hacıyev bəzi açıqlamalar verdi. Amma hüquq müdafiəçisinin bu açıqlamaları onun rəsmi dövlət müəssisəsini ağır ittihamlarla yüklədi. “Mənim müdafiə elədiyim şəxs 80.000(səksən min) manat bu işdə xəstəxanalara pul xərcləyib, xəstənin palata pulu, həkim, tibb bacısı, xadimə və digər xərcləri üzərinə götürərək külli miqdarda pulundan keçib. Belə olmaz. İşdən də çıxardıblar. Daha nə istəyirlər”–deyə vəkil Vüsal Hacıyev bildirdi.
Vəkil yəqin ki, 80.000 manatın qəbzini də özündə saxlayır. Yox əgər qəbz yoxdursa bu açıqlama hüquqşünasa yaraşmayan haldır. Nəzərə alsaq ki, xəstəxana dövlət xəstəxanasıdır. Məsuliyyətdən uzaq və dövlət orqanlarına qarşı ağır ittihamdır. (Bu barədə geniş yazı olacaq)

Saxta “notarial” öhdəlik

YPX-nin əməkdaşı vəziyyətin ağır olduğunu və işlərin yolunda getmədiyini anlayıb, yeni bir metoda əl atır. Zərərçəkmiş ailə ilə notarial qaydada öhdəlik sənədi təsdiq elətdirir. Kasıb və savadsız ailə bu sənədlərə və onların saxta canfəşanlığına inanıb onun bu hərəkətlərini normal hal kimi qəbul edirlər. Öhdəlikdə görün nə yazır.

Baş vermiş avtoqəza nəticəsində xəsarət almış Müslümov Əlimət Hacıməhəmməd oğlu sağalana qədər özünün və ailəsinin bütün xərclərini ödəməyə hazıram.

Əziz oxucular, görün keçmiş polisin qoruyucusu hansı variantlara gedib. əsl həqiqətdə isə şikayətçi bildirir ki, onlar nə bizə, nə də mərhuma köməkdarlıq etməyiblər. Birtərəfli öhdəliyin isə nə üçün alındığını işi araşdıran müstəntiqdən başqa heç kim bilmir. Ekspertin rəyi, avtotexniki müayinə və müstəntiqin rəylər üzərində gəldiyi qərar mərhumun oğlunu şikayət etməyə vadar edib.
Göstərilən ərazidə yerləşən kameradan da götürülmüş görüntülərdən də görünür ki, “OBA Market”MMc-nin qarşısında sürətlə hərəkət edən YPX-nin maşını piyadanı yolun əks istiqamətində vurub. Avtotexniki baxışın nəticəsində də bu xüsusatlar göstərilib.
Aygün həsənli
Tərəqqi.az saytın baş direktoru AJB-nin üzvü.