Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür? - BU NƏDİ BELƏ?!

Gündəm / Ölkə
20-10-2023, 12:59 116


Qubadlı Rayon İcra Hakimiyyətinin keçidriyi tender müsabiqəsinin qalibi “Construction Group Of Pearl” MMC olub.

Tereqqi.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Qubadlı RİH yaşıllaşdırma işlərinə görə “Construction Group Of Pearl” MMC-yə 138 min 473 manat ödəyəcək.
Xatırladaq ki, Qubadlı şəhəri 25 oktyabr 2020-ci ildə işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev tvitter sosial şəbəkəsində (indi “X”) ilk dəfə açıqlama vermişdi. Daha sonra rayonun kəndləri işğalçılardan azad edildi.
Qubadlı RİH-nin rəsmi internet saytında da qeyd edildiyi kimi, hazırda RİH-nin ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşir.
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma üçün aldığı ağac və güllərin siyahısını təqdim edirik:

Nizamnamə kapitalı 20 manat olan “Construction Group Of Pearl” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, ev 19-cu küçə, döngə 2, ev 24-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Ramin Ramiz oğludur.

P.S. Görünür, başçı rayonun azad olunduğunu, orda böyük quruculuq işləri planlanıldığını hələ bilmir...