`Eko Park`: Buranın NƏYİNƏ ETİBAR EDƏK Kİ? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Sosial
8-11-2023, 14:43 273

Ölkəmizdə tikinti sektorunun inkişafı, öncül sahələrdən birinə çevrilməsinə şübhəmiz yoxdu. Bu sahədə monopoliyanın olmaması bir çox iş adamlarının əl-ayağını açmış, onlara rahat qazanc əldə etmək üçün fürsət yaratmışdır. Di gəl ki, bəzi iş adamları bu fürsətdən sui-istifadə edərək vətəndaşların əzab-əziyyətləri üzərindən özlərinə varidat toplamışlar. Bunlardan biri və bəlkə də birincisi Eko Park yaşayış kompleksinin şefi Süleyman Əliyevdir.
S.Əliyevin media ilə ilk “tanışlığı” Kamran Səxavətoğlundan(Bəgalıyev) başayıb. Bilənlər bilir, bilməyənlərə isə cumhuriyyet.az olaraq bildirək ki, vaxtilə “Güzgü” qəzetinin atağan-vurağanı olan Kamran yaşadığı qəsəbədə Eko Parkın məskən salıb tikintiyə başlamasını görüncə, həmən işə başladı. Ora yazdı, bura yazdı, göylərə yazdı, yerlərə yazdı, Süleymanı yıxıb sürüdü. Əslində, yazdıqlarında həqiqət payı da var idi. Amma Süleyman üçün bütün bunlar əlavə yük və vaxt itkisi idi. Odur ki Səxavətoğlunun könlünü almaq üşün ona iş təklif elədi-sən qardaşsan, gəl Eko Parkın hüquqi işlərinə dəstək ol, istədiyin maaşı verim. “Korun istədiyi nə olmalıydı ki”…
Bəli, ABU-nun o vaxtkı əbədi və əzəli rektoru Elşad Abdullayevi şantaj edərək ondan hüquq fakültəsinin diplomunu hədiyyə alan Səxavətoğlu üçün bu təklif göydəndüşmə olur…
Süleymanın media ilə ikinci tanışlığı “Lamborghini” markalı maşınına kənar müdaxilə olunduqdan sonra DYP tərəfindən saxlanılarkən olub. Çək-çevirdən sonra hansısa “Əlahəzrət” onu xilas edir və sudan quru çıxır…


Ceyranbatan qəsəbəsinə “köç edən” Eko Park rəhbərliyi hələ tikintiyə başlamazdan əvvəl vətəndaşları cəlb etmək üçün binalarda yeraltı dayanacaqların olacağı vədini verir. Lakin bugünədək bu məsələ həll olmayıb. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, üçüncü binanın tikintisinə hazırlaşan rəhbərlik yarım əsrə yaxın müddət ərzində qəsəbədə yaşayan insanların yaxınlıqdakı mərkəzi yola çıxışını bağlamış, 1 saylı məktəbə gediş-gəlişin önünü kəsmişdir. Narazılıq edənlərə isə “bu yerin çıxarışı(“kupça) bizdədir deyilir.
Şübhəsiz, Süleyman Əliyevin vaxtilə Abşeronun İcra Başçısı İradə Gülməmmədova ilə isti münasibətləri fonunda bəzi nüanslar baçadüşüləndir. Amma Abdin Fərzəliyevə bunu aid etmək çətindir. Çünki Süleyman Əliyevin sakinlərə “mən heç kimi hərləmirəm, hara istəyirsiniz, kimə istəyirsiniz şikayət edin, heç kimdən də qorxmuram, mənim yanımda icra başçısı heç kimdir” kəlmələri dediyimizə əyani sübutdur.
Süleyman Əliyevin qeyri-qanunu əməlləri, sakinlərlə bağlanan müqavilələrdəki uyğunsuzluq, rəhbərliyin birmənalı şəkildə etməyə borclu olduğu işləri vətəndaşlara məhz onların pulu ilə etdirməsi haqda kifayət qədər qatı açılmamış fakt-sübutlarımız var. Zaman-zaman hamısı ilə sizləri tanış edəcəyik. İndilikdə tikinti rəhbərliyinə demək istəyirik ki, bizim borcumuz vətəndaşlara zülm edən, onların rahatlığını pozan siz(lər)dən hüquq-mühafizə orqanlarına yox, bu müqəddəs günləri bizlərə nəsib edən, Şəhidlərimizi özünə baş tacı sanan Ali Baş Komandana olacaq.

Mənbə: cumhuriyyet.az