Keçmiş nazirin bahalı oteli... - YENİDƏN İŞƏ BAŞLADI...

Gündəm / Ölkə
11-12-2023, 11:29 122

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun ailə üzvlərinə məxsus Böyük Britaniyada yerləşən otel kompleksi yenidən fəaliyyətini bərpa edib.

Qeyd edək ki, bu barədə ilk xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli açıqlasa da, keçmiş nazirin kimliyi barədə dəqiq bilgi verməmişdi. Laki bizim bloq söhbətin məhz Azərbaycanda və ölkə kənarında böyük biznes şəbəkəsi olan Füzuli Ələkbərovdan getdiyini dəqiqləşdirə bilib.

C.Həsənlinin açıqlamasında deyilirdi: "Bu, Şotlandiyada 19-cu əsrdən qalma oteldir. Bizim sabiq nazirlərdən birinin ailə üzvlərinə məxsusdur. Ötən il yanmışdı, bərpa olunub yenidən istifadəyə verilib..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...