Azərbaycan bu il 39 milyard manatlıq neft və qaz hasil edib

Gündəm / Iqtisadiyyat
15-12-2023, 14:44 6 239

Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 milyard 302 milyon 300 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 milyard 732 milyon 200 min manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.

Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27 milyon 597 min 800 ton, əmtəəlik təbii qaz hasilatı isə 33 milyard 146 milyon 800 min kubmetr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 27 milyon 695 min 400 ton neft (7,4% azalma) və 44 milyard 221 milyon 100 min kubmetr qaz (4,1% artım) hasil edilib.