Yunanıstan hökuməti eynicinslilərin evliliyinə icazə verməyi planlaşdırır
Gündəm / Dünya
25-01-2024, 09:40
674
Yunanıstan hökuməti yaxın vaxtlarda eynicinsli cütlüklərin nikahına dair qanun layihəsini parlamentə təqdim edəcək.
Bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş nikahında bərabərlik haqqında qanun layihəsi bütün vətəndaşlar üçün bərabərliyə nail olmağa yönəlmiş mühüm addımdır.
“Bu, ilk növbədə artıq eyni cinsli valideynlərlə yaşayan uşaqları qorumaq məqsədi daşıyır. Bu uşaqlar bütün digər uşaqlar kimi hüquqlara malik olmalıdırlar”, - deyə o vurğulayıb.
Eynicinsli cütlüklərin nikahına dair qanun layihəsi fevralın birinci yarısında qəbul ediləcəyi gözləntiləri ilə yaxın günlərdə parlamentə təqdim olunacaq.
Mənbə: ERT-news