Seçkiyə palçıqda necə gedək? - Biləcəri qəsəbəsinin sakinləri yolsuzluqdan şikayətçidir...

Gündəm / Video
29-01-2024, 10:38 2 125

Bakının Biləcəri qəsəbəsinin sakinləri 17 ildir yolsuzluqdan əziyyət çəkirlər.

Bu barədə Pravda.az-a sakinlər özləri məlumat veriblər.

"Bizdən sonra məskunlaşma ərazilərinin hamısı asfalt örtüyü ilə təmin olunub, amma Biləcərinin şəhərə ən yaxın, 60-dan çox ailənin yaşadığı məhəllə yox... Məhəllə yiyəsiz və baxımsız vəziyyətdədir, baxmayaraq ki, dəfələrlə aidiyyatı qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə müraciət etsək də, maraqlanan olmayıb. Agentlik bizə ünvanladığı rəsmi cavab məktubunda qəsəbədaxili yolların Binəqədi İcra Hakimiyyətinin balansında olduğunu qeyd edib. İcra hakimiyyəti problemin həllini qəsdən yubadır. Çünki Bakıda qəsəbədaxili yolların asfalt örtüyü ilə təmin olunması üçün dövlət başçısı sərəncam imzalayıb və bununla əlaqədar olaraq dövlət büdcəsindən lazımi vəsait ayrılıb. Artıq bezmişik, məsələ həll olunmazsa, icra hakimiyyətini məhkəməyə verəcəyik. Vətəndaşlara MSK tərəfindən hər gün seçkiyə dəvətlə bağlı sms-bildiriş gəlir. Seçkiyə palçıqda necə gedək?" - sakinlər vurğulayıblar.

Musavat.com ərazidən video-reportaj hazırlayıb.