Məhv edilən erməni hərbçinin FOTOLARI

Gündəm / Foto / Seçilmişlər
13-02-2024, 15:33 4 122
Məhv edilən erməni hərbçinin FOTOLARI

Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.
Fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),Qaqik Varazdatoviç Manukyan (1982),Arsen Qaqikoviç Hambardzumyan (1979),Hraçya Talışeviç Hovhannisyan (1957).
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı  nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb.

1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.(Modern.az )