UNEC-lə alim arasında "plagiat" qalmaqalı davam edir - DETALLAR

Gündəm / Ölkə
5-03-2024, 13:05 168

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayevin dissertasiya işinin Əhədzadə Elməddin tərəfindən plagiat olaraq istifadə edilməsinə aydınlıq gətirib.

UNEC-in Hüquq Şöbəsinin müdiri Kəmalə Bünyadova Pravda.az-açıqlamasında deyib ki, Əhədzadə Elməddin 2016-cı ildə UNEC-də magistraturaya qəbul olub: “O, 2 illik magistratura təhsili dövründə öz ixtisası üzrə 3 semestr ərzində müxtəlif fənləri dinləyərək və imtahanları verərək müvəffəq qiymətlər alıb. Eyni zamanda elmi tədqiqat və elmi pedaqoji təcrübələri müvəffəqiyyətlə keçib. 2019-cü ildə Əhədzadə Elməddinin “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda dissertasiya işi elektron anti-plagiat sistemində yoxlanılıb və dissertasiya işi elektron bazada olmadığı üçün elmi işin plagiat olduğu aşkar edilməyib. Plagiat işi ilə bağlı iddiaçı Ağayev Səyyadın müraciətinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 17 yanvar 2023-cü il tarixli qətnamə ilə iddia qismən təmin edilərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi Əhədzadə Elməddin oğlu tərəfindən Ağayev Səyyada ödənilib. Məlumat üçün qeyd edək ki, magistr elmi adının və diplomun ləğvi barədə məhkəmə qərarı yoxdur”.

Xatırlatma: Səyyad Ağayev bildirib ki, Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli qərarına görə, E.Əhədzadənin diplomunun ləğvi ilə bağlı ADİU-ya müraciət etməsi bildirilib. Qeyd olunub ki, o, əks halda, İnzibati Məhkəməyə müraicət etməlidir. Hazırda iş Şirvan İnzibati Məhkəməsindədir. İlk məhkəmə iclası iclası mayın 6-na təyin olunub.