"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

Gündəm / Foto
18-03-2024, 10:14 4 914

"TƏBİB-də hörmət etdiyim əməkdaşlar var. Amma bu, o demək deyil ki, susacam. Günorta qardaşım həyəcanla zəng edib, arxadan da oğlunun qışqırıq və ağlaşma səsi gəlir. Uşaq da 1 yaş 7 aylıqdır. Deyir, Məhərrəm, uşaq yıxılıb, başı yarılıb, dəhşət qan gəlir, poliklinikalar bir-birinin üzərinə atır, heç kim baxmır". Dia-az.info bildirir ki, bunu jurnalist Məhərrəm Əliyev öz etiraz müraciəttində ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, birinci aparıblar, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə. Həkimlər deyiblər ki, uşaq xəstəxanasına aparın, baxa bilmərik. Qardaşım deyib ki, uşaq qan itirir, bəs sizin insafınıza nə gəlib? Barı sarğı qoyun, onu da etməyiblər.
Deyir, orada heç kim baxmadı, yaxın olduğu üçün uşağı qan itirə-itirə 20 saylı şəhər poliklinikasına apardıq. Orada da əvvəlcə heç kim baxmaq istəməyib, səs-küy salandan sonra sarğı qoyublar. Bu söhbətin, davanın fonunda da uşaq başından qan itirir.
İndi əsas məsələyə gələk. Adını qoymusunuz, "Təcili və Təxirəsalınmaz Tibbi Yardım". Hansı "Təcili və Təxirəsalınmaz Tibbi Yardım"dan söhbət gedir ki, körpə uşağın başından qan gedir, erməni kimi həkimləriniz yaxın durmur?
Protokol filan deyirsiniz, heç onu da anlamıram. Lap deyək ki, uşaq xəstəxanasına aparmalıdır. Ay beyinsizlər, bu uşağı tıxacda aparana kimi kifayət qədər qan itirəcəkdi, bəs sonra sizi mənim əlimdən kim alacaqdı?
Qaydalarla hərəkət edirsiniz, etmək istəyirsiniz, etməyə çalışırsınız, yaxud da bizi aldadırsınız, cəhənnəm, bunu anlayıram, bəs sizin olmayan Hippokrat andınıza nə gəlib? Görürsünüz ki, uşaq qan itirir, sarğı qoymağa niyə canınız çıxır?
Vallah, deyəndə ki, cəlladsınız, inciyirsiniz. Bu, cəlladlıq deyilsə, nədir?
Allah bu yazıq camaatı bizim həkimlərə möhtac etməsin, başqa heç nə demirəm.
Heç kim də gəlib malalamasın. Vətəndaşların mövzularını malalayırsınız, amma bunu edə bilməyəcəksiniz. Vaxtınız olanda vicdanınızı sorğulayın, əgər varsa..."(Dia-az.info )
"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ