31 mart soyqırımında erməni izi.

Gündəm / Ölkə
1-04-2024, 23:26 121
Azərbaycan hakimiyyəti hazırda da prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı tarix boyu törətdikləri işğalçılıq cinayətlərini və bu reallıqları dünya ictimaiyyətinə çatdırılması, ümumiyyətlə bu həqiqətlərin “soyqırım” kimi tanınması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür və fəaliyyət göstərir.Qeyd etmək istəyirəm ki, bu baxımdan ölkəmizdə elmi ictimaiyyət, ilk növbədə həmin məsələlərlə məşğul olan tarixçilərimiz bu sahədə tədqiqatlarını daha da geniş müstəvidə, yəni zamanın tələbləri şəraitində davam etdirməlidirlər.Qısa olaraq tarixə nəzər etsək, ölkəmizin svilizasiyanın ilkin mənbələrindən biri olaraq,qədim tarixə malik olduğunu görərik.Ərazimizdə azıx mağarasında ilk insan məskənlərin-dən birinin və daş dövrünə aid digər məskənlərin tapılması buna əyani misaldır.Beləliklə bu son

yüzillikdə xalqımız və onun dövlətçiliyinin tarixində baş verən bütün faciəli hadisələrə milli yaddaşın təzahürü kimi baxmaq lazımdır.Xalqımızın kütləvi surətdə qırğını,
doğma dədə-baba yurdlarından sürgün edilməsi və didərgin salınması XXəsr tariximiz
in ən dəhşətli səhifələrindəndir. Acı təəsüf hissi ilə qeyd edirəm ki, XIX əsrin ikinci yarısında işğalçı ermənilər qardaş Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin işğal edilməsi yolu ilə özlərinin iyrənc şovinist ideyalarını, "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar.Belə ki,işğalçı ermənilər hələ birinci Dünya müharibəsindən yəni 1914 ci ildən sonra qonşu dövlət Rusiyada yaranmış siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnmiş-
lər.Bakı Kommunası (həmin dövrdə belə adlanırdı) əksinqilabçılara qarşı mübarizə şüarı altında birinci dünya müharibəsinin sonunda, 1918-ci ilin martında Bakı

quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı.Bu günlərdə erməni-lərin törətdikləri cinayətlər Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq həkk olundu.Minlərlə soydaşlarımız vəhşicəsinə qətlə yetirildi, evlər yandırıldı, insanları diri-diri oda ataraq yandır-dılar. Milli abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı,Bakının çox hissəsi xarabalığa çevrildi.Qardaş, bacılarımızın,soydaşlarımızın soyqırımı eyni zamanda Bakıda,Şamaxıda,
Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi amansızlıqla həyata keçirilirdi.Adlarını çəkdiyim şəhərlərdə dinc əhalimiz kütləvi şəkildə qəddarlıqla məhv edilir, kəndlər yandırılır, milli abidələr dağıdılırdı.Bir tarixi faktı nəzərinizə çatdırmaq istəyirəm ki,1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, Şamaxıda, Qubada və Lənkəranda erməni cəlladları 50000 azərbaycan-lını qətlə

yetirmiş,evlərini qarət etmiş, on minlərlə qardaş, bacılarımızı evlərindən qovmuşdur.Elə Bakıda 30000 nəfər soydaşlarımız xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda isə 58 kənd yerlə-yeksan edilərək, 7000 nəfər öldürülmüşdür.
Mart ayının 31-i və aprelin 1- ə keçən gecə qırğınlar xüsusilə kütləvi şəkil almış və qeyd etdiyim kimi üç gün ərzində Bakıda 30000 insan təkcə milli mənsubiyyəti və dini etiqadına görə vəhşiliklə qətlə yetirilmişdir.Bu gün artıq bizləri Mart qırğınından 100 illik zaman ayırır.Yəni 31 mart tarixindəki erməni vəhşiliyindən azərbaycanlıların soyqırımı günündən 106 il ötür.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm, sevindirici hal odur ki, Respublikamızda bu məsələdə Heydər Əliyev Fondu çox mühüm və tarixi işlər görür və görməkdədir.Belə ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Fond həm ölkədən kənarda,
həmdə ölkəmizdə bu istiqamətdə çox mühüm

layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasını misal göstərə bilərəm.Məhz Fondun xalqımızın qan yaddaşı olan bu məsələyə necə həssas yanaşdığının şahidi oluruq.Fikrimin sonunda qürurla qeyd edim ki,nəhayət xalqımıza qarşı törədilmiş bütün faciələrdə və 31 mart soyqırımında erməni izinin, vəhşiliyinin açıq-aşikar varlığını və onların bu cinayətkar əməllərinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə daim böyük həssaslıqla yanaşan, qədirbilən xalqının və müstəqil Azərbaycanın xilaskarı,
dövlətinin memarı,ulu öndər Heydər Əliyevin 27 mart1998-ci il tarixli fərmanı ilə ölkəmizdə azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
YAP Saatlı 15 saylı ƏPT--nın sədri,
UNEC-n məzunu Vüqar Məmmədov.