“Kristal Abşeron”un yaşayış massivində YOL ÇÖKDÜ, sakinlər təhlükədə... - Sakinləri düşünən kimdir ki...

Gündəm / Sosial
8-04-2024, 09:51 242
“Kristal Abşeron”un yaşayış massivində YOL ÇÖKDÜ, sakinlər təhlükədə... - Sakinləri düşünən kimdir ki...

Bir aya yaxındır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində yol çöküb və nəqliyyat vasitələrinin hərəkəti yolun digər hissələrinin də davamlı olaraq çökməsinə səbəb olur. Dia-az.info xəbər verir ki artıq xeyli hissə çöküb.

Vətəndaşlar iddia edirlər ki, məsələ ilə bağlı Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən rəsmi mövqe bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı podratçı şirkətə - "Kristal Abşeron"a məlumat verilib, tezliklə problem aradan qaldırılacaq.

Dia-az.info bildirir ki, amma "Kristal Abşeron" şirkəti isə bir aya yaxındır heç bir tədbir görmür, çökmə günü-gündən daha da dərinləşir.