Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Gündəm / Ölkə
30-04-2024, 14:22 174
Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Göyçay rayonu, Məlikkənd kənd sakini, "Aprel döyüşləri"nin iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
"Cənab Prezident!

Mən, Göyçay rayonu, Məlikkənd kənd sakini, "Aprel döyüşləri"nin iştirakçısı Mahmudov Sənan Gündüz oğlu, Sizdən xahiş edirəm ki, problemimin həll olunmasına dair tapşırıqlar verəsiniz.

Bir kəndli və Azərbaycan vətəndaşı olaraq, mənim sözümü dinləyən və eşidən yoxdu. Biz əkin əkməklə ailəmizi dolandırırıq. Kənd təsərrüfatı ilə məşğuluq. Əkin sahımizə gedən yolun üstündə bir körpü var idi. 2 il əvvəl bəzi şəxslər onun yerini dəyişdi. Su keçirən borunu isə hündürdən qoydular. 5 ay keçmədən su körpünü yuyub apardı. İndi isə əkin sahəsinə traktor və s. texnika ilə keçirə bilmirik. Yol yoxdur, əkin sahəmiz alaq içində qalıb, məhv olub gedir.

Hara şikayət etsəm də, baxmırlar. İş yeri yoxdur, dolanışığı ancaq torpaqdan çıxarırıq. Ona da imkan vermirlər”.