Prezident Məhəmməd Moxberlə İrandan keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək yoldan DANIŞDI

Gündəm / Siyasət
5-06-2024, 18:22 473
Prezident Məhəmməd Moxberlə İrandan keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək yoldan DANIŞDI

Xəbər verdiyimiz kimi, iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.

Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.