Aytən Səfərova "Azərişıq"dan şikayətçidir
Gündəm / Siyasət
19-09-2024, 15:36
292
Aparıcı Aytən Səfərova “Azərişıq” ASC-dən şikayət edib. Axşam.az xəbər verir ki, aparıcı yaşadığı ərazidə işıqdan az istifadə etdiyi halda insanlara artıq pul borcu olduğu haqda xəbərdarlıq gəlib.
"Suraxanı rayonu, "Zığ" yaşayış kompleksinin bir neçə binasının sakinlərinə (100-dən çox ailəyə) "Azərişıq" cəmi 3 günə 100 manatdan aşağı olmayan sərfiyyat yazıb, yapışdırıb qapılara... İndi sakinlər kimin yaxasından yapışıb öz haqlarını tələb etsin? Həftələrlə evdə olmayanlar o pulu nəyə görə ödəməlidir? Biri açıqlama versin" deyə, Aytən bildirib.