“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU - TƏFƏRRÜAT
Gündəm / Aktual
30-09-2024, 10:14
271
Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən "VMR Estetik" klinikasında baş verib.
