Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA

Gündəm / Sosial
28-10-2024, 15:36 291

Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb.

Bu barədə "Report"a açıqlamasında sabiq hakim özü bildirib.

O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib:

"Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm. Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacağam. Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm”.

Qeyd edək ki, Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.