Prezident İlham Əliyev COP29 tədbiri ilə dünyaya yeni nümunə göstərdi.
Gündəm / Sosial
27-11-2024, 10:54
1 035

İlk olaraq qeyd edim ki, 2023-cü ilin dekabr ayında baş tutmuş sonuncu forumdan sonra ölkəmiz yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir.Həqiqətəndə qüsursuz keçirilən və uğurla yekunlaşan bu tədbir, ölkəmizin qlobal səviyyədə güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir, nəticəsidir desəm, yanılmaram.Əslində bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi bir-sıra beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.
Hamıya məlumdur ki, bütün dünya Bakını dünyanın neft sənayesinin yarandığı şəhər kimi qəbul etmişdir.Məhz elə bu da rəmzi məna olaraq ondan ibarətdir ki, cari ayda dünyanın müxtəlif ölkələrindən on minlərlə iştirakçı, iqlim dəyişikliyi nöqteyi-nəzərindən
planetimizin gələcəyini müzakirə etmək üçün, Bakı şəhərində uğurla, yüksək təşkilatçılığla hazırlanmış BMT-nin qlobal tədbirlərindən olan COP29-da iştirak üçün şəhərimizdə səfərdə oldular.Bu baxımnan ölkəmiz dünyada inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün bir daha səylərini əsirgəmədi və bunun nəticəsində dünya növbəti dəfə tarixi Bakı nailiyyətinə şahid oldu.Paytaxt Bakı şəhərimiz COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Eyni zamanda ölkəmiz karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail
olduq.Əziz oxucu, mən diqqətinizi bir məqama xüsusi çəkmək istəyirəm, belə ki, Prezident İlham Əliyev Tədbir başlayarkən , aldığı ani və qəti qərarlarla öz tutarlı siyasi mesajları ilə,bir ildən çox zamanda boykota
səsləməklə məşğul olan qüvvələrin heç vaxt yaddaşlarından silinməyəcək.Təsadüfi deyil ki, Qətiyyətli Prezidentimiz İlham Əliyev bu böyük tədbirə başlayarkən öz nitqində qeyd etdi; “Mənim sonuncu mesajım, təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın.Onlara pis xəbər var : bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var."
Beləliklə paytaxt Bakı şəhərində uğurla keçirilən BMT-nin COP29 tədbiri başa çatdı
və 12 gün davam edən bu sessiya iqlim dəyişiklikləri ilə mübarizə sahəsində çox böyük və zəruri razılaşmaların əldə olunması, dövlətlər arasında müxtəlif müqavilələrin bağlanması ilə yadda qaldı. Qazandığımız müsbət nəticələr həm də müstəqil və suveren AZƏRBAYCANIN COP29-a sədrliyinin uğurları oldu!Sevindirici
hal odur ki,COP29 tədbiri respublikamızda ilk növbədə ən yüksək səviyyədə təşkilatçılığı ilə yadda qaldı. Vaxtilə Bakıda keçirilmiş digər beynəlxalq tədbirlər zamanı olduğu kimi, ölkəmiz bu dəfə də təşkilatçılıq baxımından nümunə göstərdi
Sonda böyük qürur hissi ilə qeyd edirəm ki, xüsusilə, COP29 tədbirinin ölkəmizdə keçirilməsi, ən əvvəl Prezident İlham Əliyevin dünyada böyük siyasi nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin ən parlaq nümunəsidir!Qədirbilən Xalqını qalib etmiş, Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin qazanılan bu uğurla,növbəti dəfə Ölkəmiz qüdrətini bir daha dünyaya göstərdi, beynəlxalq aləmdə böyük etimad qazandığını əzmlə nümayiş etdirdi və dünyaya yeni nümunə göstərdi !
YAP Saatlı,
ƏPT-n sədri Vüqar Məmmədov.