Müğənninin jurnalist qardaşı evdə ölü tapıldı

Gündəm / Mədəniyyət
27-12-2024, 18:22 345

Türkiyəli müğənni Yaşar İpekin qardaşı Işık İpek yaşadığı evdə ölü tapılıb.

Onun ölüm səbəbi hələlik bəlli deyil.

Amma ilkin ehtimala görə 42 yaşlı Işık İpek infarkt keçirib.

Müğənni Mahsun Kırmızıgül mərhumla fotosunu paylaşaraq bu sözləri yazıb:

“Ah, Işık, ah... Sən nə gözəl insan idin.Gülərüzlü, səmimi biri idin. Nur içində yat, gözəl qardaşım. Sənin ölüm xəbərin məni dərindən sarsıtdı. Məkanın cənnət olsun”.

Qeyd edək ki, İşık İpek jurnalist kimi fəaliyyət göstərirdi.