SİZLƏRİ UNUTMADIQ VƏ UNUTMAYACAYIQ.

Gündəm / Sosial / Seçilmişlər
21-01-2025, 23:45 284

Zülfiqarov Samir Xəlil oğlu 1976 cı ilin iyul ayında Dəvəci (indiki Şabran) rayonunun Ağbaş kəndində anadan olmuşdur .

Səkkizillik təhsilini doğma kəndində almış, 1994 - cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə cağrılmışdır.O,Yaşma qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət etmişdir. Hərbi xidmətini şərəflə yerinə yetirirdi .Nümunəvi əsgər olduğunu nəzərə alaraq ona qısa müddətli məzuniyyət verilmişdir.
Həmin vaxt respublikada vəziyyət yenidən gərginləşmişdir.Bir qurup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək ücün
Dövlət çevrilişi etmək istəyirdi.  Samir bu hadisədən bərk narahat olur və döyüş yoldaşlarının yanına qayıdır.


Milli Ordunun əsgərləri dövlət cevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayanmışdı.Onlarla aparılan danışıqlar nəticə vermədi.Qan töküldü
Samir bu qiyamda dövlətciliyimiz,suverenliyimiz uğrunda canını qurban verdi.S.Zülfüqarov da bir Vətənpərvər oğul kimi özünü dövlətimizin sabitliyi və bütövlüyü uğrunda canını fəda etdi O, 17 mart 1995 ci ildə əbədiyyətə qovuşdu. Subay idi Azərbaycan Respublikası Prizidentinin 4 aprel 1995 ci il tarixli 307 sayli Fərmanı ilə Zülfiqarov Samir Xəlil oğluna ölümündən sonra ,,Azərbaycanın Milli Qəhrəmanı'' fəxri adı verilmişdir
Dəvəci(indiki Şabran) rayonunun Ağbaş kəndində dəfn edilmişdir. Dəvəci(indiki Şabran) rayon 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə onun büstü qoyulmuşdur .