Mövcud kontekstdə siyasi hadisələr.
Gündəm / Sosial
12-02-2025, 16:02
2 039

Mən ilk olaraq diqqətinizi dinc, sabit ölkəmizdə hal-hazırda müxtəlif saytlar və tv kanallarla ictimai-siyasi həyatımıza soxulan və hər-bir vətəndaşımızı düşündürən hadisəyə bir vətəndaş kimi öz fikrimi ifadə etmək istəyirəm.Hələ 44 günlük Vətən müharibəsində əldə etdiyimuz o möhtəşəm, ümummilli Zəfərimizin sevincini tam yaşamamış, məkrli niyyətlərinə ölkəmizi və yürüdülən uğurlu siyasətin müəllifi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi bölgədə və dünyada özlərinin süni surətdə qurduğu və idarə etdiyi müxtəlif iyrənc oyunlara cəlb etmək, diğər ölkələrdə həyata keçirdikləri, xaos, nizam-intizam pozmaq istəyirlər.Hazırda ölkəmizdə yürüdülən siyasətin əsas ana xətti olaraq, mövcud olan milli birlik vəziyyətinin, xalqımızın bir nəfər kimi cənab Prezidentin ətrafında sıx olmasının davam etməsi, mən deyərdim ki, ən vacib olanıdır! Belə ki, həm xaricdən, eyni zamandada onların vassalına çevrilmiş daxildəki
bədxahların hədəfində birbaşa xalqımızın milli birliyidir.Qürur hissi ilə vurğulayıram ki, biz artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkədə dinamik inkişafa və qədirbilən xalqımızın sosial-rifah halının daha da yaxşılaşması üçün uğurla yürütdüyü Heydər Əliyev siyasi kursu sayəsində Müzəffər Ali Baş Komandanın Qalib Xalqı olmuşuq! Qətiyyətlə qeyd edirəm ki,ölkəmiz-də hazırda, əsla xaosun, anlaşılmamazlığın yaranmasına yol verməməliyik və verməyəcikdə! Şübhəsiz ki, dövlətimizin və xalqımızın milli maraqlarına edilən təziqə və təhdidə qarşı dövlətin və xalqın təpkisi məlum məsələdir. Düşünürəm ki, hazırda bölgəmizdə və ölkədə potensial təhdidə qarşı dövlətimizin və rəhbərliyin cavabı xalqımız tərəfindən yalnız və yalnız dəstəklənməlidir və bu belədir. Təkrar edirəm həmin bu addımın atılması müstəqil Azərbaycanın və rəhbərliyinin siyasi iradə və gücünün təzahürü hesab olunmalıdır.Qüdrətli dövlətimizin istənilən təhdidə qarşı adekvat addım atmaq iqtidarında olması, hər birimizi sevindirməlidir.Burada gedən, mənbəyi bilinməyən, müxtəlif maraqlara xidmət edən
oyunlara uymaq olmaz.“Heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz” konkret fikri ifadə edən cümlə unutmamalıyıq ki, Qətiyyətli Lider, Prezident İlham Əliyevə məxsusdur.Bu cümləni mən böyük iftixar hissi ilə xatırlayır və hər-bir azərbaycanlının qürur mənbəyi kimi qiymətləndirirəm.Burda bir haşiyə çıxaraq məsələyə daha dərin aspektdən yanaşaraq, qeyd etmək istəyirəm ki, hal-hazırda kimlərsə cənab Prezidentin bu cür açıq,aydın və səlist fikirləri qarşısında qərəzlidirsə və ya aqressiv fikir söyləyirlərsə,demək məqsəd birbaşa düşmənin ocağını alovlandırmaqdır.Mən, mübaliğəsiz, birmənalı və hər kəsin şahid olduğunu yəni Müzəffər Ali Baş Komandanın yürütdüyü məqsəd
yönlü dövlət siyasətinin dövlətimizin və xalqımızın milli maraqlarına xidmət etdiyini qeyd edirəm.Bu siyasət qədirbilən xalqının və güclü dövlətinin təhlükəsizliyini təmin edir deyirəm.
Xüsusi olaraq vurğulayıram ki, Prezident İlham Əliyev böyük güc dövlətlərinin hazırda dünyada və bölgədə yürütdüyü taktikanı öz uzaqgörən siyasəti ilə nəzərə alır, analiz edir, ictimai-siyasi sabitliyə və inkişafa hesablanmış siyasət
yürüdür. Beləliklə uğurla yürüdülən bu qüsursuz siyasətin sayəsində ölkəmizin ən qiymətli sərvəti olan, ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin, Qazilərimizin canı,qanı bahasına əldə olunan və siyasi ənənə olaraq sonrakı nəsillərə əmanət qoyduğu ictimai-siyasi sabitliyi dövlət başçımız İlham Əliyev inanılmaz qoruyur və daimiləşdirir. Yaxın şərqdə baş verən və hələdə dincliyi olmayan ölkələrə, xalqlara və bölgədə son baş verən qarışıq müharibə vəziyyətlərinə diqqət etsək məhz bu siyasətin Azərbaycanı necə və hansı bəlalardan, terror hadisələrindən qoruduğunu açıq, aşikar görərik.Eyni zamanda unutmamalıyıq ki, düşmənlərimiz, onların dəyirmanına su tökənlər öz məkirli, iyrənc fəaliyyətləri ilə ölkəmizdəki stabilliyi pozmaq, xaos yaratmaq və planlarını həyata keçirmək arzusundadırlar.Ölkə başçımız son, həm mediya, həmdə müxtəlif görüşlərində, brifinqlərində açıq, aydın qeyd edib ki, müstəqilliyimizə, suverenliyim izə,ümumiyyətlə ölkəmizə qarşı ideoloji baxımnan təbliğat kompaniyaları var, işləyir və bu əks təbliğatlara qarşı, adekvat olaraq cavab verilməsinin, tədbirlər görülməsinin zəruriliyini
qeyd etmişdir. Biz bu məqamda, dünyanın beynəlxalq təşkilatlarının və bəzi ölkələrin Azərbaycanın daxili işinə qarışmaq istəklərini,elə fakt olaraq son yaşanmış hadisəyə, mülki təyyarəmizlə bağlı faciəyə hüquqi qiymətin verilməsi, qonşu Rusiya tərəfindən həmin bu hadisəyə obyektiv yanaşması üçün, cənab Prezident İlham Əliyevin milli dövlətçilik maraqlarına söykənərək öz siyasətini necə həyata keçirdiyinin şahidi olduq. Gördük və qürur hissi keçirdik.Baxın, mən məhz bunu yürüdülən siyasətin növbəti qələbəsi adlandırardım!
Sonda qeyd edim ki, hazırda mövcud kontekstdə cərəyan edən siyasi hadisələr hər bir məsuliyyətli Azərbaycan vətəndaşı üçün aşikar olmalıdır.
Çünki qədirbilən xalqımız müdrikdir və öz ali rəhbəri, Prezidenti arxasındadır, onun yürütdüyü alternativi olmayan siyasəti də dəstəkləyir.
YAP Saatlı rayonu
15 saylı ƏPT-n sədri,
Vüqar MƏMMƏDOV.