Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam

Gündəm / Iqtisadiyyat
19-02-2025, 17:02 347
Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam

Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.
Bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb