Balakən sakinləri tibbi sığortadan yararlana bilmir: "AYMED" Klinikasında ödənişli xidmətlərə məcbur edilirlər -DE-FAKTO

Gündəm / Sosial
Dünən, 09:19 420

Balakən rayon sakinləri son vaxtlar tibbi sığortadan tam istifadə etmək imkanından məhrum olduqlarını bildirirlər. Məlum olub ki, Balakən Mərkəzi Xəstəxanası laboratoriya analizləri və ultrasəs müayinəsi (UZİ) üçün vətəndaşları "AYMED" Klinikasına göndərir. Nəticədə, bu, vətəndaşların tibbi sığorta çərçivəsində pulsuz tibbi xidmətlərdən yararlana bilməməsinə və nəğd ödəniş etməyə məcbur qalmasına səbəb olur.

Sakinlərin bildirdiyinə görə, Balakən Mərkəzi Xəstəxanasında qeydiyyata düşən hər bir vətəndaşdan 1 manat məcburi ödəniş alınır. Həmçinin, qan analizlərinin bir qismi Mərkəzi Xəstəxanada aparılmadığı üçün vətəndaşların "AYMED" Klinikasına istiqamətləndirildiyi deyilir.
"AYMED" Klinikasında laborator və UZİ müayinələri üçün əhaliyə məqsədyönlü şəkildə ödənişli xidmətlər təklif edilir. Qiymətlər aşağıdakı kimidir:

✔️ Qalxanabənzər vəzin yoxlanması - 20 AZN

✔️ Qanda qlükozanın yoxlanması (gizli şəkər) - 25 AZN

✔️ Tam optimal müayinə - 30 AZN

✔️ Exo Kardioqramma - 50 AZN

✔️ Anti CCP - 42 AZN

Yuxarıda qeyd edilən analizlərin hər birini dövlət xəstəxanasında çıxarılması üçün hər bir şərait Səhiyyə Nazirliyi və Təbibin təşəbüsü ilə yaradıldığı cəmiyyətə aydın olan məlumatdır. Lakin hər şey göründüyü kimi deyil RMX-nın rəhbərinin arzuları çərçivəsində reallaşdırılır. Görüntü və əməllər bir birin tamamlamayır.
Sakinlərin narazılığına səbəb olan daha bir məqam Balakən Mərkəzi Xəstəxanasının keçmiş UZİ həkimi Elşən Kərimovla bağlıdır. Nə baş verdisə məhs elə sığortanın tətbiqindən sonra Mərkəzi xəstəxana alternativ qazanc yolların icad etmək çox müddət çəkməyib. Elə bu minvalla "AYMED" klinikası ilə Balıakən Mərxəzi Xəstəxana arasında gizli saziş əldə edilib. Mərkəzi Xəstəxanada lazımi bütün avadanlıqların olmasına baxmayaraq xəstələr analizlər üçün "AYMED" özəl kilinikasına yönləndirilirki buda klinika rəhbərliyinin Mərkəzi xəstəxana rəhbəri Dilbər Quliyevanı görməsi sayəsində baş verir. Bundan əlavə olaraq Məkrəzi xəstəxana və özəl klinikaanın həkimləri xəstələrə reseptlərə fima dərmanlarını yazaraq öncədən anlaşdıqları firmalardan faizlərini aylıq və ya öncədən almaqla iş birliyinə girməkdədir deyə etibarlı mənbə məlumatında qeyd edir.
Ən əsasıda bildirilir ki, "AYMED" Klinikasının işə başlamasından sonra Elşən Kərimov Mərkəzi Xəstəxanadan ora köçürülüb və UZİ aparatı da "AYMED" Klinikasına aparılıb. Bu dəyişiklik sakinlərin tibbi sığorta çərçivəsində pulsuz tibbi xidmət görmə imkanlarını daha da məhdudlaşdırıb.
Balakən sakinləri mövcud duruma ciddi narazılıq edərək, tibbi sığorta sisteminin effektiv işləmədiyini bildirirlər. Onlar aidiyyəti qurumlardan bu problemi aradan qaldırmaq və tibbi sığorta vasitəsilə pulsuz tibbi xidmətlərə çatımlılığı tam təmin etməklə bağlı addımların atılmasını tələb edirlər. (Yenixeber.org)