Xocalı qətliyamı - vəhşiliyin görünməmiş təzahürüdür.

Gündəm / Cəmiyyət
20-02-2025, 17:56 498

Erməni cəlladları tərəfindən görünməyən vəhşiliklə törədilmiş Xocalı soyqırımı xalqımızın qan yaddaşına silinməz olaraq yazılmışdır.Bu dəhşətli faciyə barədə düşünərkən, yazarkən təkrar həmin dövürə qayıdır və misli görünməyən qətliyamı bir daha yaşayırıq.Bu dəhşətli soyqırımnan 33 il keçməsinə baxmayaraq xalqımız həmin hadisəni sanki bu gün yaşamış kimi, böyük qəzəb hissi ilə xatırlayır.Mən, faciyə törədilərkən, diqqətinizi zərərçəkmiş vətəndaşları mızın rəsmi statistik məlumatına çəkmək istəyirəm.
erməni quldurları və o zaman mpvcud olan mənfur imperiyanın 366-cı alayının birbaşa iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə və sakinlərinə qarşı əvvəlcədən plan-

ladıqları mənfur niyyətlərini həyata keçirməyə başladılar.Belə ki, hadisə zamanı 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 nəfər az yaşlı uşağı, 106 nəfərdə qadını, 100-dən artıqda ağsaqqal, yaşlı qocanı bir neçə saatın içində soyqırım həyata keçirirmiş kimi böyük amansızlıqla qətlə yetirilmişdir.1275 nəfər vətəndaşımızı isə girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmliyi nümayiş etdirdilər.Aparılan
İstintaq işlərindən,sənədlərindən açıq-aşikar görünür ki, faciyə törədilən gecə qadınlar, uşaqlar, qocalar güllələnmiş,bacı-qardaşlarım
ızın müxtəlif əzaları kəsilmiş,gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılaraq uşaqları vəhşiliklə götürülmüşdür. Hətta insanlar diri-diri torpağa basdırılaraq, yandırılmışlar.Düşünürəm ki, bu dəhşətli soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər kifayət qədər böyükdür və daha da genişləndiriləcəkdir.Mən bu baxımdan ulu öndər Heydər Əliyev adına

Fondun prezidenti, Birinci vitse-prezident, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm.Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciəsi hesab olunan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması barədə sistemli, ardıcıl fəaliyyət göstərir.Eyni vaxtda da, faciyənin səfirliklərimizin, diaspor təşkilatlarımızın birgə işləməsini, həmin həqiqətlərin mövcud olduqları ölkələrə çatdırılması üçün fəallıq göstərdiyini qeyd etmək istəyirəm. Xüsusi olaraq bir məqamı qürurla qeyd edirəm ki, ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv görünüşünü yaratmaq imkanını qazanması xilaskarımız,ulu öndər Heydər Əliyev-in uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur.Gizli saxlanılan, uzun illər üzərinə qadağa qoyulmuş həqiqətlər açılmışdır və hadisələr özünün əsl hüquqi qiymətini almışdır.Qeyd etməliyəm ki, ölkəmizin,

ümumiyyətlə Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Böyük qürur hissi ilə qeyd edirəm ki, ölkəmizin müstəqil və müasir tarixində Heydər Əliyev hakimiyyəti zamanı,tariximizin böyük inkişaf və quruculuq dövrünün əsasının qoyulduğu vaxtlar olmuşdur.Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil və müasir AZƏRBAYCAN dövləti olmuşdur.Dövlət quruculuğumuz, dövlətçiliyimiz,iqtisadiyyatın,mədəniyyətin,birsözlə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması məhz ümummillilider
Heydər Əliyevin zəkasının,uzaqgörən
siyasətinin nəticəsində yaşanmışdır.
Bu gün isə Heydər Əliyev siyasi-kursunun ən layiqli, qüsursuz, dövrümüzə və standartlara
uyğun,uğurla yürüdərək Suverenliyim
izi tam həmin edən, son 200 illik tariximizdə mümkün olmayanı mümkün edən sərgərdəmiz və Müzəffər Ali Baş

Komandanımız, Prezidentimiz, İlham Heydər oğlu Əliyev vardır.Nə xoş bu xalqın, bu dövlətin halinə ki, Heydər Əliyev kimi xilaskar oğlu və onun sabitliyimizin qarantı olan siyasi-kursu vardır.Nə qədər bu siyasi-kursla dövlətimiz idarə olunur, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürəcəkdir, inkişaf edərək, bölgənin lider dövləti olacaqdır. Şübhəsiz ki, Prezident İlham Əliyev öz uzaqgörənliyi və dərin ağlı, zəkası ilə yürütdüyü bu siyasi kursun sayəsində daim keçmişimizi xatırlayaraq,xatırladaraq
gələcəyimizi müəyyən edir və qurur. Prezident İlham Əliyevin sözləri ilə davam edirəm: "Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.
Xocalı faciyəsi zamanı şəhid olmuş bütün həmvətənlərimizi dərin hüzünlə anır,Allahdan onlara rəhmət diləyirəm.
Sonda,məndə bu qətliyamı, erməni vəhşi qüvvələri tərəfindən xalqımıza qarşı etdiyi

Soyqırımı, misli görünməyən vəhşiliyin təzahürü kimi qiymətləndirirəm.

YAP Saatlı 15 saylı ƏPT-n sədri,
Saatlı "Araz-Şöhrət" şirkətinin
direktor müavini Vüqar MƏMMƏDOV.