Nəsimi rayonunda BAŞ(ÇI)SIZLIQ hər addımda hiss olunur... - BU DA FAKT!

Gündəm / Sosial
Dünən, 11:17 87

Neçə müddətdir ki, icra başçısız qalan Nəsimi rayonunda TAM SAHİBSİZLİKDİR... desək, yanılmarıq... Hər halda görünəni, ortalıqda olanı budur. "Dia.az" bildirir ki, məhz nəzarətsizlik və doğru-dürüst idarəetmənin olmaması səbəbindən bu gün Bakının mərkəzi rayonlarından hesab olunan Nəsimi ərazisi ən ucqar dağ kəndinin təfəkkürü, yanaşması ilə idarə olunur...

Ola bilsin ki, mövcud hal Nəsimi RİH-də əyləşən bəzi işbaz məmurların işinə yarayır və onlara sərf edir ki, adları, imzaları hansısa işin arxasında, hansısa dəftərin altında olmadan rayonu bu şəkildə talan etsinlər... Onların niyyəti belə ola bilər... Amma nəzərə alınmalıdır ki, mövcud durum birbaşa olaraq vətəndaşları narahat edir. Elə aşağıda təqdime dəcəyimiz faktda olduğu kimi.

Sakinlər narahatdırlar ki, Nəsimi rayonunun küçələrində, səkilərində özfəaliyyət davam edir...

Aşağıdakı foto Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində çəkilib. Hər halda, elə bu fakt yetərlidir ki, Nəsiminin real mənzərəsi haqda təsəvvürlər yaransın.(Dia.az)

Məsələ diqqətimizdədir...