ABŞ-nin “F-35C” qırıcı təyyarəsi qəzaya uğrayıb
Gündəm / Dünya
Dünən, 10:23
122

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Kaliforniyadakı Lemur aviabazası yaxınlığında “F-35C” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bu barədə aviabazanın sosial şəbəkələrdəki məlumatında bildirilib.
Məlumata görə, pilot katapult edib və xəsarət almayıb.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin Lemur aviabazası yaxınlığında “F-35C” qırıcısı qəzaya uğrayıb. Pilot uğurla katapult edib. Digər hərbi qulluqçular arasında xəsarət alanlar yoxdur", - bəyanatda qeyd edilib.