Berdiməhəmmədov Azərbaycana gəlir

Gündəm / Seçilmişlər
6-10-2025, 11:56 183
Berdiməhəmmədov Azərbaycana gəlir

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

Qurbanqulu Berdiməhəmmədov oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqları baş tutacaq.