Türk dünyası qlobal güc mərkəzi kimi formalaşmaqdadır

Gündəm / Aktual
7-10-2025, 12:48 220
Türk dünyası qlobal güc mərkəzi kimi formalaşmaqdadır

Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, toplantı “Sülh və təhlükəsizlik” mövzusuna həsr olunub: "Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas prioritet olaraq qalır. Türk dünyası ortaq ailədir və qlobal güc mərkəzi kimi formalaşmaqdadır".