“SOCAR AQŞ” MMC 2 milyon vergi borcunu ödəmir

Gündəm / Aktual
15-10-2025, 14:08 98
“SOCAR AQŞ” MMC 2 milyon vergi borcunu ödəmir


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təsis etdiyi “SOCAR AQŞ” MMC-nin böyük məbləğdə dövlətə borcu yaranıb.

Şirkətin dövlətə olan borcu 2 021 625,08 (iki milyon iyirmi bir min altı yüz iyirmi beş manat səkkiz qəpik) AZN təşkil edir.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC-nin baş direktoru Samir Mollayevdir. Şirkətin nizamnamə kapitalı 381 200 AZN-dir.(Xalq.online)