BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
Gündəm / Təhsil
Bu gün, 13:39
15
Bakı Dövlət Peşə Tədris Mərkəzində illərdir davam edən qanunsuzluqlar və rüşvət mexanizmi hələ də öz gücünü itirməyib. Rəsmi olaraq peşə təhsili sistemində islahatların aparıldığı, şəffaflığın təmin edildiyi deyilsə də, real vəziyyət tam fərqlidir. Bu gün mərkəzin daxilində açıq şəkildə rüşvət, saat alveri, tələbədən pulların yığılması və idarəetmə manipulyasiyası davam edir. Və bütün bu mexanizmin mərkəzində adı dəfələrlə cinayət işi ilə hallanan Mehdiyeva Ruhiyyə dayanır.
CİNAYƏT İŞİ AÇIQ QALAN ŞƏXS HƏLƏ DƏ BAŞ USTA
Tehsilmedia.az qeyd edir ki, bir müddət əvvəl Mehdiyeva Ruhiyyə ilə bağlı cinayət işi açılmışdı. Lakin naməlum səbəblərdən proses “uzadıldı”, nəticə isə qaranlıqda qaldı. Əvvəllər vəzifəsindən kənarlaşdırılması gözlənilən Ruhiyyə xanım təəccüblü şəkildə yenidən vəzifəsinə qaytarıldı. Özü də baş usta və davamiyyətə baxan şəxs kimi
Sual yaranır: Cinayət işi açıq qalan, rüşvətlə adı dillərdə dolaşan şəxs hansı əsasla yenidən vəzifəyə gətirilir?
SAAT SATIŞI, QRUP AÇILIŞI VƏ DÖVLƏT İMTAHANINA “HAQQ”
Mərkəzdə vəziyyət o qədər açıq şəkildə davam etdirilir ki, artıq bu korrupsiya mexanizmi sirr də deyil:
Lalə müəllimdən qrup və əlavə dərs saatı üçün 1500 AZN, Nərgiz müəllim eyni məqsədlə naməlum məbləğ (yüksək olduğu bildirilir)aldığı, həmçinin tələbələrdən dövlət imtahandan“keçmək üçün” pul aldığı hər kəs tərəfindən bilinən faktlardır.
Lalə müəllimdən 1500 manat aldıqdan sonra Lalə müəllim polisə şikayət etmişdi, Asif Bayramov həmin şikayəti agentliyə də göndərmişdir. Nərgiz müəllimin tələbələri Asif müəllimə şikayət etmişdir ki, imtahan üçün bizdən pul yığır. Bundan əlavə, Neft qaz operatoru ixtisasında təhsil alan Elşen adlı tələbədən 500 manat almışdır. Sonradan hətta həmin tələbəni mərkəzdən qovdular. Tələbə polisə, agentliyə muraciet etdi, amma heç bir nəticə olmadı . Bundan sonra məhkəməyə müraciət etdi. Amma yenə də hədə-qorxu ilə Elşən susdurdular.
Tehsilmedia.az xəbər verir ki, bu proses adi qaydada, açıq şəkildə, hamının gözü qarşısında baş verir. Mərkəzdə 167 qrup, hər qrupda təxminən 20 tələbə var. Tələbələrin aylığa çıxış prosesinə də Ruhiyyə Mehdiyeva nəzarət edir. Yəni maddi axınlar, imza təsdiqləri, “keçidlər”, “davamiyyət” – hamısı eyni mənbədən idarə olunur.
Bu isə artıq rüşvət yox, sistemli maliyyə sxemidir.
DİREKTOR MÜAVİNİ DƏ FƏRYAD ETDİ – AMMA EŞİDƏN OLMADI
Mərkəzdə bir müddət direktor vəzifəsini icra edən Asif Bayramov dəfələrlə Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edib ki, bu korrupsiya şəbəkəsi mərkəzi tamamilə çökdürür. Lakin onun müraciətləri kağız üzərində qaldı. Asif Bayramov dəfələrlə faktlarla agentliyə müraciət etsə də, Asif müəllimin bütün cəhdləri nəticəsiz qalırdı.
Agentliyin rəhbəri Ceyhun Kərəmov və strukturun digər məsulu Simnar Məmmədov isə vəziyyətə açıq şəkildə göz yummağa davam edir. Bütün problemləri ört-basdır etməyə davam edirdilər. Üstəlik işdən azad olunması üçün ərizə alınan Ruhiyyə Mehdiyeva yenidən vəzifədə saxlanılıb.
Sual:
Korrupsiyaya qarşı mübarizə yalnız şüar səviyyəsindədir, yoxsa burada şəxsi maraqlar var?
MƏRKƏZ YETİM QALMIŞ ŞƏKİLDƏN İDARƏ OLUNUR
Hazırda mərkəzdə vəziyyət belədir:
Müəllimlər qorxu ilə işləyir.
Tələbələr təhsilə yox, “kimə nəyi necə ödəməlidir” düşüncəsi ilə gedir.
Davamiyyət və qiymətləndirmə şəffaf deyil.
Əlaqa müəllimin vəziyyəti isə tam başqa faciədir: "Quzunu qurda tapşırmaq" kimi."
NƏTİCƏ
Bu artıq ayrı-ayrı şəxslərin narazılığı deyil.
Bu bütöv bir təhsil müəssisəsinin çürüdülməsinin faktıdır.
Əgər bu gün Bakı Dövlət Peşə Tədris Mərkəzində baş verənlər araşdırılmasa, sabah eyni sxem ölkənin digər peşə təhsili müəssisələrini də bürüyəcək.
ÜZ TUTURUQ:
Peşə Təhsili üzrə Dövlət Agentliyi!
Əgər bu yazıdan sonra da heç nə dəyişməzsə, deməli, susanların da payı və məsuliyyəti var.
Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi!
167 qrup × 20 tələbə = minlərlə insan bu şəbəkənin içindədir.
Bura təkcə əmək qanunvericiliyinin deyil, cəza qanunvericiliyinin predmetidir.
Cəmiyyətdən soruşuruq:
Təhsil sistemimiz bu cür adamların ümidinə qalıbsa, onda kimə nəyi öyrədirik?
Tehsil.media
