Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Gündəm / Ölkə
Bu gün, 12:39
13
Bakunews.az xəbər portalına daxil olan şikayətçi valideynin müraciəti ölkədə təhsil və şagird nəqliyyat xidmətlərindəki ciddi problemləri bir daha gündəmə gətirib. 1 ci sinif şagirdinin valideyni A.Mustafayeva redaksiyamıza danışdı.
Valideynin iddiasına görə, Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli məktəbdə gedən təmir səbəbi ilə şagirdlərin yaxın məktəblərə yerləşdirilməsi və onların həmin məktəblərə daşınması dövlət hesabına təmin edildiyi bildirilib. Məhs 5 nömrəli məktəbə servis xidməti vasitəsilə şagirdlərin daşınması həyata keçirilir. Şikayətçinin övladıda məhs elə 5 nömrəli məktəbə xidmət göstərən servizin xidmətindən istifadə edir. Lakin məktəb direktoru Pənah Babayevin məsuliyyətsiz və ironik yanaşması valideynin ciddi narahatlığına səbəb olub.
Valideyn bildirir ki, servis avtobusunun texniki vəziyyəti qənaətbəxş deyil, xüsusilə yağışlı havalarda tavanından su sızaraq uşaqların üzərinə tökülür, bu da onların sağlamlığı üçün təhlükə yaradır. Məsələ barədə direktorla əlaqə saxladıqda isə, Pənah Babayev valideyni ələ salaraq “uşağını apar, sağalt, sonra gətir” ifadəsi ilə yanaşıb.
Daha da təəssüf doğuran məqam ondan ibarətdir ki, direktor, valideynin övladını sağlamlıq səbəbilə məktəbə göndərməyəcəyi təqdirdə, onu məktəbdən xaric etməklə hədələyib. Halbuki, təhsil almaq hər bir uşağın konstitusion hüququdur və heç bir halda bu hüquq valideynin sağlamlıqla bağlı ehtiyatlı davranışı səbəbilə məhdudlaşdırıla bilməz.
Valideyn bu məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi və Abşeron Rayon Təhsil Sektoru qarşısında məsul şəxsin yəni direktorun cəzalandırılmasını tələb edir. Bildirir ki, bu yanaşma sadəcə məsuliyyətsizlik deyil, həm də uşağın sağlamlığına təhlükə yaratmaqla təcili araşdırılmalı məsələdir.
Rəsmi dövlət vəsaiti ilə təmin olunan servis xidmətinə baxmayaraq, təhlükəsizliyin təmin olunmaması və məsul şəxsin vəzifəsindən sui-istifadə etməsi fonunda Elm və Təhsil Nazirliyinin və nazirliyin Daxili Nəzarət şöbəsinində məsələni araşdırması zəruridir. Qeyd edək ki, şikayət gec saatlarda daxilolduğundan və iş saatı bitdiyi üçün aidiyyatı şəxslərin mövqeyn öyrənilməsi mümkün olmayıb. Təqdim edilən videogörüntü isə məsələnin ciddiliyi səbəbindən ictimailəşdirməsi qənaitinə gəlinmişdir. Bir nüçə gündür yağan yağışlar məsələnin həlinin vacibliyini müqavilə əsasında və ya qeyri müqaviləsiz təyin edilən serviz xidmətinin təcili dəyişdirilməsi vacibatı mövcud haldır.
Məsələni nəzarətdə saxlayır və aidiyyəti qurumların rəsmi mövqeyini işıqlandırmağa hazırdır.
Bakunews.az