Neftçala sakini saxta orderlə aldadıldığını iddia edir – 500 manatlıq dələduzluq faktı
Gündəm / Aktual
Bu gün, 16:41
76
Neftçala rayon sakini Rzayev Ələsgər media orqanlarına müraciət edərək ciddi narahatlıq doğuran bir hadisəni ictimailəşdirib. O, bildirir ki, Səbiə Pənəliyeva İlham qızı adlı şəxs tərəfindən aldadılıb və ona qarşı dələduzluq edilib. Ələsgər Rzayevin iddiasına görə, iki ay əvvəl Səbiə Pənəliyeva ona saxta order təqdim edərək müəyyən xidmət vəd edib və bu məqsədlə ondan 500 manat məbləğində pul alıb. Lakin vəd olunan heç bir öhdəlik yerinə yetirilməyib. Pulunu geri tələb etdikdə isə qarşı tərəf təhdid, təhqir və şantaj üsullarına əl atıb. Zərərçəkən bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməyi planlaşdırır, lakin problemin ictimaiyyətə çatdırılması üçün media qurumlarının dəstəyinə ehtiyac duyur: “Səbiə Pənəliyeva mənə saxta order göstərdi, vədlərinə inandırdı, 500 manatımı alıb yoxa çıxdı. Geri istədikdə isə məni təhqir etdi, şantaj etdi. Bu insanın digərlərini də aldada biləcəyindən narahatam. Ona görə istəyirəm bu məsələ işıqlandırılsın." Bakunews.az
