Binəqədi rayonunda layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib? -Video

Gündəm / Aktual
Bu gün, 18:02 53



Binəqədi rayonunda  aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur.  Heç icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir: bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?


Xalq-a daxil olan məlumata görə  Binəqədi rayonu ərazisində tikinti zamanı layihədən artıq inşa işləri aparıldığı bildirilir.


Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan artıq tikinti işlərinə Binəqədi rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.


Məsələ ilə bağlı  Binəqədi rayon  icra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı


Aidiyyatı ququların fikirlərini dərc etməyə hazırıq.


Qeyd edək ki, 2018-ci ildən Binəqədi İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.(Xalq.online)


VİDEO LİNKDƏ: https://xalq.online/bineqedi-rayonunda-layiheden-kenar-tikintiye-hansi-sertlerle-icaze-verilib-video