Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib

Gündəm / Dünya
Bu gün, 13:56 53
Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib

Ötən il Rusiyadan Gürcüstana neft ixracı 16 dəfədən çox artaraq rekord həcm hesab olunan 95,8 milyon dollara çatıb.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, 2025-ci ildə Gürcüstanın Rusiyadan idxal etdiyi neftin həcmi 10,5 min tondan 225,3 min tona çatıb.

Bundan əvvəl isə rekord göstərici 2016-cı ildə qeydə alınıb. Bu zaman, Gürcüstan Rusiyadan 10,8 milyon dollara 39,6 min ton neft alıb.