Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var

Gündəm / Aktual
Bu gün, 18:10 23
Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kəndində sahədaxili və evlərin qaz təchizatı işlərinin həyata keçirilməsi üçün “Tunel-Metro İnşaat” MMC ilə müqavilə bağlanıb.

Bağlanməş müqavilənin dəyəri 3.539.704,95 AZN-dir.

Layihə birinci mərhələdə 635 ailəni əhatə edəcək, ümumilikdə isə 1042 ailəlik yaşayış məntəqəsini əhatə etməsi nəzərdə tutulur.

Qalib şirkətin hazırda dövlətə vergi borcu 38.465,22 AZN təşkil edir. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçisi Şövqı Seyfullayev Xalid oğlu, təsisçisi və rəhbəri isə Qərib Kamran oğlu Dadaşovdur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. /32gun.az/