“MSDİS Holding”in dövlətə vergi borcu 20 milyon manata yaxınlaşıb

Gündəm / Sosial
Bu gün, 17:22 11

“MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 19 617 836.19 manatdır.

Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt”və“MS Karyer” sahələridir.(Banker.az)