İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY

Gündəm / Aktual
Bu gün, 12:23 17
İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY

"Mən "AL market"də işləyirdim, ixtisarla işdən çıxmışam. Məndən xəbərsiz, mənim razılığım olmadan, mənə məlumat verilmədən son haqq hesabdan 1657 manat əskik qeyd olunub..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vasif İbrahimov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mənə isə 300 manat əskiyimin olacağı bildirilmişdi. Özüm gedib açıqlama tələb etməsəydim, bu qədər əskiyimin olacağını da bilməyəcəkdim.
Dəfələrlə müraciət etməyimə baxmayaraq öz bildiklərin edirlər, kadrlar şöbəsində heç kəs problemi üstələnmir. Sanki xitam müddətinin 1 ay tamam olmasını gözləyirlər ki şikayət etmək mümkün olmasın..."
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dia.az