Nazir onu idarə rəisi təyin etdi
Gündəm
Dünən, 16:29
62
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb. FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.
