Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO

Gündəm / Video
Bu gün, 11:30 9

Yarıda qalmış hasar, ətrafa səpilmiş daşlar və tikinti matrealları... Ərazi tikinti meydançasına bənzəyir. Amma nə tikən var, nə də sahilində istirahət edən... Görüntülər Novxanı ərazisindəki "Yelkən" istirahət mərkəzindəndir...

Xezerxeber.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntüdə idda olunur ki, Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan Novxanı dənizkənarı sahilində fəaliyyət göstərən "Yelkən" restoranı tərəfindən Xəzər dənizi sahilində vətəndaşların ümumi istifadəsində olan sahil zolağı və dənizə çıxış yolu müxtəlif konstruksiyalar və hasarlamalar vasitəsilə məhdudlaşdırılır.

İddialara görə, illərdir sərbəst istifadə etdikləri ərazi artıq restoranın nəzarətinə keçib və insanların sahilə rahat gediş-gəlişinə maneələr yaradılır.

İnzibatçı Namiq Əliyev qeyd edib ki, istirahət mərkəzinin ərazisi illərdir hasarlanıb və obyektin ictimai çimərliklə heç bir əlaqəsi yoxdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindin sorğumuza cavab olaraq bildirildi ki, yağışlı hava şəraiti nəticəsində ərazidə mövcud olan bəndə ziyan dəyib və bənd uçub. Hazırda həmin ərazidə bərpa işləri həyata keçirilir. Ərazidə hər hansı tikinti işi aparılmır.