TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq

Gündəm / Aktual
Bu gün, 15:21 6

TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) “Avromed Company” QSC (VÖEN: 1500166751) ilə satınalma müqaviləsi imzalayıb.

Müqaviləyə görə, şirkət dövlət qurumunu şəkərli diabet xəstəliyi üzrə tədbirlərilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri ilə təmin edəcək. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 37 milyon 30 min manat təşkil edib.

“Avromed Company” QSC 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 57 min manat olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev.153 ünvanında yerləşir.

Qeyd edək ki, “Avromed Company” QSC-nin daha əvvəl millət vəkili Cavanşir Feyziyevə məxsus olub. Cavanşir Feyziyev 2016-cı ildə isə “Avromed” şirkətindəki səhmlərini satıb.

Bizimesr.media