Reklam Agentliyi bələdiyyə sədrinin müavinindən mebel alır: Əsəd Əzizov kimdir?-ARAŞDIRMA

Gündəm / Cəmiyyət
Bu gün, 16:04 9


Dövlət Reklam Agentliyi növbəti tenderinə yekun vurub. Agentlik mebellərin satın alınması prosesini həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, mebellərin alınması ilə bağlı tenderin qalibi fiziki şəxs Əsəd Qacar oğlu Əzizovdur. Onunla 158 min 295 manatlıq müqavilə bağlanıb.

Qeyd edək ki, Əsəd Əzizovla bağlı açıq mənbələrdə maraqlı məlumatlar mövcuddur. Belə ki, onun Masallı şəhər bələdiyyəsinin sədr müavini olduğu qeyd edilir. Bildirlir ki, Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.

Əsəd Əzizov çoxlu sayda tenderlərə qatılaraq, qalib olub. Son iki ildə bu şəxs toplam 8 tender udub.

Onların arasında Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsasəlı Tikinti və Təchizat” MMC (126 min 416 manat), AQTA (35 min 936 manat və 36 min 367 manat), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (7.280 manat), “Aqrarkredit” QSC (12 min 985 manat) və Ağcabədi İcra Hakimiyyəti (16 min 461 manat) var.

Yazıda adı keçən şəxsləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.media