Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
Gündəm / Aktual
Bu gün, 11:04
13
"Deputat"larından biri "istirahətə" göndərilir
"Naxçıvandan bəlkə də bir çoxlarınızı təəccübləndirəcək maraqlı bir məlumat almışam..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Heydər Oöuz yazıb.
O daha sonra bildirir: "İddialara görə, Naxçıvan MR deputatlarından birinə öz xoşuyla “ərizə yazıb” mandatından imtina etməsi tapşırığı verilib. Başqa sözlə desək, onu “işdən çıxarıblar”. Deputat nədir, işdən çıxarılmaq nədir, deyə soruşmayın. Türklər demişkən, orası Naxçıvandır və oranın “deputatxana”sının (pis yerə yozmayın, “xana” fars dilində otaq deməkdir və Naxçıvan Ali Məclisi də məktəb şagirdlərinin partalarında əyləşib şagird kimi əl qaldırdıqlarından mədrəsəxana tələbələrinə bənzəyirlər, mən də bu səbəbdən onlara deputatxana uşaqları adı qoymuşam) üzvləri yerli rəhbərlik tərəfindən “seçilirlər”. Elə ona görə də özlərini yaxşı aparmayanda yerli rəhbərlik “deputatxana” uşaqlarından istefa ərizəsi ala bilir. Təbii ki, şifahi qaydada.
Maraqlı burasındadır ki, “istefa ərizəsi” tələb olunan bu şəxs təkcə “deputat” da deyil. Həm də Naxçıvan MR “zəhmətkeşlərinin” guya hüquqlarını qoruyan samballı bir orqanının rəhbəridir. İddialara inansaq, deputat mandatı əlindən əlindən sonra onu rəhbərlik etdiyi idarədən də qovacaqlar.
Adı yoxdur, - deyə soruşmayın. Adı, təbii ki, var. Amma mən Naxçıvan hökumətini qabaqlayıb “rəsmi” məlumat yaymaq istəmirəm. Ümid edirəm ki, yaxın saatlarda və günlərdə Ali Məclisin özü bu barədə məlumat yayar, siz də, mən də bu “etirafı” öz ağızlarından eşidərik..."
